Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb


Kriminal 08 Noy 2018 16:40:00 54 0

Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb

Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb.

Son.az Trend-ə istinadən bildirir ki, Nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962-1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

“Azerbaijan Changing Diabetes Awards™ 2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi tamamilə şura üzvlərinin öhdəsinə buraxıb like
  • 08 Noy 16:38  
Digərləri

Azərbaycanda Novo Nordisk şirkətinin təşəbbüsü və dəstəyi ilə həyat

arrow Ətraflı
Amaliya Pənahovanın ölüm xəbərinə SƏRT REAKSİYA: like
  • 08 Noy 16:38  
Digərləri Amaliya Pənahovanın ölüm xəbərinə SƏRT REAKSİYA:

Aktyor Əjdər Zeynalovun xalq artisti Amaliya Pənahovanın ölüm xəbərinə

arrow Ətraflı
Dünyanın ən sürətli robot qapıçısı “Bakutel” sərgisinə gətirilir like
  • 08 Noy 16:33  
Digərləri Dünyanın ən sürətli robot qapıçısı “Bakutel” sərgisinə gətirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultr

arrow Ətraflı
Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb like
  • 08 Noy 16:28  
Digərləri Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb

Amalya Pənahovanın ölümü ilə bağlı nekroloq imzalanıb.

arrow Ətraflı
İrandan Azərbaycana gətirilən kivilərdə zərərli orqanizmlər aşkarlandı like
  • 08 Noy 16:25  
Digərləri İrandan Azərbaycana gətirilən kivilərdə zərərli orqanizmlər aşkarlandı

İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifika

arrow Ətraflı
Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü, like
  • 08 Noy 16:22  
Digərləri Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü,

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

arrow Ətraflı
Çində brilyant ayaqqabılar nümayiş etdirilib like
  • 08 Noy 16:18  
Digərləri Çində brilyant ayaqqabılar nümayiş etdirilib

Çinin Şanxay şəhərində sərgi zamanı tamamilə brilyantlarla örtülmüş

arrow Ətraflı
Çempionlar Liqasında turun rəmzi "11-liy"i - FOTO like
  • 08 Noy 16:16  
İdman Çempionlar Liqasında turun rəmzi "11-liy"i - FOTO

Çempionlar Liqasının qrup mərhələsində 4-cü turun rəm

arrow Ətraflı
Milena Nəbiyevanın "Payızımın çalarları" adlı ikinci fərdi sərgisi keçirilir like
  • 08 Noy 16:14  
Kriminal Milena Nəbiyevanın "Payızımın çalarları" adlı ikinci fərdi sərgisi keçirilir

7-11 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirl

arrow Ətraflı
Vətəndaşlara pulsuz tinglər paylanılacaq like
  • 08 Noy 16:12  
Digərləri Vətəndaşlara pulsuz tinglər paylanılacaq

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə v

arrow Ətraflı
Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq like
  • 08 Noy 16:10  
Digərləri Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq

"Azərbaycanda sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırı

arrow Ətraflı