Deputat: “"Bu millətin nə qədər əlili, ələbaxımlısı var?”


Digərləri 08 Noy 2018 16:46:00 390 0

Deputat: “"Bu millətin nə qədər əlili, ələbaxımlısı var?”

"Qarabağ müharibəsinin nə qədər veteranı var? Axı müharibədə bu qədər adam iştirak etməyib... Elələri var ki, bir dəfə də döyüşdə iştirak etməyib, amma əlillik vəsiqəsi var. Ona görə də bu sahədə islahatlar aparılmalıdır".

Son.az report-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı deputat Yaqub Mahmudov deyib.