Dünyanın ən sürətli robot qapıçısı “Bakutel” sərgisinə gətirilir


Digərləri 08 Noy 2018 16:33:00 294 0

Dünyanın ən sürətli robot qapıçısı “Bakutel” sərgisinə gətirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ultra-modern texnologiya əsaslı dünyanın ən sürətli robot qapıçısı hesab olunan “Robokiper” ölkəmizə gətiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, “Robokiper” cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel -2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında təqdim olunacaq. Alman alimlərinin ixtirası olan “Robokiper” dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Messi, Neymar və Ronaldinyo kimi futbol ulduzları onun qoruduğu qapıya qol vura bilməyiblər.