“Azerbaijan Changing Diabetes Awards™ 2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi tamamilə şura üzvlərinin öhdəsinə buraxıb


Digərləri 08 Noy 2018 16:38:45 251 0

“Azerbaijan Changing Diabetes Awards™ 2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi tamamilə şura üzvlərinin öhdəsinə buraxıb

Azərbaycanda Novo Nordisk şirkətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Azerbaijan Changing Diabetes Awards™ 2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi şəffaf şəkildə həyata keçirilir.

Bakı. Azərbaycanda Novo Nordisk şirkətinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Azerbaijan Changing Diabetes Awards™ 2018” müsabiqəsində bütün nominasiyalar üzrə qaliblərin seçilməsi şəffaf şəkildə həyata keçirilir. Jüri heyətində müstəqil ekspertlər təmsil olunur. Bu sözləri Trend-ə tibb elmləri doktoru, “Azerbaijan Changing Diabetes Awards™ 2018” mükafatının Məsləhət Şurasının üzvü Valeh Mirzəzadə söyləyib.