Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü,


Digərləri 08 Noy 2018 16:22:00 256 0

Bakıda poliklinikanı şübhəli qaz iyi bürüdü,

Bakıda 8 saylı şəhər poliklinikasının əməkdaşları zəhərlənib.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən oxu.az-a verilən açıqlamaya görə, poliklinikada dəm qazı qoxusu hiss edildiyi üçün hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb: 

"Yeddi həkim təxliyyə edilərək, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Heç birində zəhərlənmə əlaməti olmadığı üçün evə buraxılıblar. Sadəcə həkimlər qorxub, təlaşlanıblar".

Nazirlikdən qeyd edilib ki, hazırda poliklinikanın içərisinə dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır:

"Çünki xəstəxana qazlaşdırılmış bina deyil".