İrandan Azərbaycana gətirilən kivilərdə zərərli orqanizmlər aşkarlandı


Digərləri 08 Noy 2018 16:25:00 258 0

İrandan Azərbaycana gətirilən kivilərdə zərərli orqanizmlər aşkarlandı

İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə gətirilən kivilərdə zərərli orqanizmlərdən olan "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib.

Bakı. İlhamə İsabalayeva - İran İslam Respublikasından 5 noyabr 2018-ci il tarixli fitosanitar sertifikatla ölkəmizə gətirilən kivilərdə zərərli orqanizmlərdən olan "tut qalxanlı yastıcası" (Pseudolaspis pentagona) aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, “Güllü-80” MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.