Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq


Digərləri 08 Noy 2018 16:10:00 235 0

Sosial müavinətlər əhəmiyyətli dərəcədə artırılacaq

"Azərbaycanda sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Nazir müavini yeni doğulan uşağa təyin edilən birdəfəlik müavinətin artırılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.