Vətəndaşlara pulsuz tinglər paylanılacaq


Digərləri 08 Noy 2018 16:12:00 281 0

Vətəndaşlara pulsuz tinglər paylanılacaq

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq.

Bakı. İlhamə İsabalayeva - Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında bayram günlərində vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanılacaq. Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiya noyabrın 9, 12, 17-də saat 10:00-dan 12:00-dək Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçiriləcək. Aksiya zamanı müxtəlif cinsli ağac tingləri vətəndaşlara paylanılacaq, ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr veriləcək.