Buzovnada “Mercedes” piyadanı vurub yük avtomobilinin altına atdı


Digərləri 08 Noy 2018 16:00:00 293 0

Buzovnada “Mercedes” piyadanı vurub yük avtomobilinin altına atdı

Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atıb. Piyada hadisə yerində ölüb.