Məzahir Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib


Siyasət 08 Noy 2018 15:45:00 290 0

Məzahir Nəbiyevə “Əməkdar mühəndis” fəxri adı verilib

Prezident İlham Əliyev M.Ə.Nəbiyevə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin tikintisində xidmətlərinə görə Məzahir Əbilşah oğlu Nəbiyevə "Əməkdar mühəndis" fəxri adı verilsin.