Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisini təltif edib


Siyasət 08 Noy 2018 15:49:00 278 0

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisini təltif edib

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abdusəmədov Qurban Əli oğlu

Əmrahov Rasim Zeyqəm oğlu

Mehtiyev Rafail Mehti oğlu

Mirzəliyev Əbülfəz Bağman oğlu

Tahirov Xaləddin Şərif oğlu.