Badamdar sürüşmə sahəsində SON DURUM: Gərginlik qalır


Digərləri 08 Noy 2018 15:36:00 251 0

Badamdar sürüşmə sahəsində SON DURUM: Gərginlik qalır

Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Bakı. İlhamə İsabalayeva - Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Badamdar sürüşmə sahəsində Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.