Köçəri quşlara görə monitorinq başlayır - Noyabrın 12-dən


Digərləri 08 Noy 2018 15:22:00 204 0

Köçəri quşlara görə monitorinq başlayır - Noyabrın 12-dən

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) köçəri quşların payız miqrasiyasını nəzərə alaraq, noyabrın 12-dən növbəti monitorinqə start veriləcək.

Bakı. İlhamə İsabalayeva - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) köçəri quşların payız miqrasiyasını nəzərə alaraq, noyabrın 12-dən növbəti monitorinqə start veriləcək. Xidmətdən Trend-ə verilən məlumata görə, monitorinq Dövlət Baytarlıq Xidmətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq. Tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, eləcə də ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.