Azərbaycanda boşanma müraciətlərinin sayı


Digərləri 08 Noy 2018 15:18:00 300 0

Azərbaycanda boşanma müraciətlərinin sayı

Azərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılan mülki işlərin sayı 8.727 olduğu halda, 2010-cu ildə onların sayı 12.592 , 2017-ci ildə isə 24.140 olub.

Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub. Belə müraciətlərin sayı illər keçdikcə daha da çoxalıb.

Azərbaycanda məhkəmələrdə 2005-ci ildə nikah müqavilələri ilə bağlı 6.466, 2010-cu ildə 7.921, 2017-ci ildə 13.063 mülki işə baxılıb.

Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı mübahisələrin sayında da artım müşahidə edilib. 2005-ci ildə atalığın və atalığın tanınması faktının müəyyən olunması ilə bağlı 432, 2010-cu ildə 621, 2017-ci ildə isə 845 mülki işə baxılıb.