Azərbaycanda ailədaxili mübahisələr üzrə məhkəmə işlərinin sayı 3 dəfəyə yaxın artıb


Digərləri 08 Noy 2018 15:01:47 306 0

Azərbaycanda ailədaxili mübahisələr üzrə məhkəmə işlərinin sayı 3 dəfəyə yaxın artıb

Azərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda son 13 ildə məhkəmələrdə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılmış mülki işlərin (qətnamə çıxarılmış işlər) sayı 3 dəfəyə yaxın artıb. Trend-in məlumatına görə, 2005-ci ildə ailə münasibətləri üzrə mübahisələrlə bağlı baxılan mülki işlərin sayı 8.727 olduğu halda, 2010-cu ildə onların sayı 12.592 , 2017-ci ildə isə 24.140 olub. Mübahisələrin çoxu nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi ilə bağlı olub. Belə müraciətlərin sayı illər keçdikcə daha da çoxalıb. Azərbaycanda məhkəmələrdə 2005-ci ildə nikah müqavilələri ilə bağlı 6.466, 2010-cu ildə 7.921, 2017-ci ildə 13.063 mülki işə baxılıb.