Mbappenin Real-a keçidi niyə baş tutmayıb? - səbəb


İdman 08 Noy 2018 14:52:00 339 0

Mbappenin Real-a keçidi niyə baş tutmayıb? - səbəb

"Football Leaks" Kilian Mbappe ilə bağlı növbəti xəbər yayımlayıb.

Goal.az xəbər verir ki, 20 yaşlı hücumçu 2017-ci ilin yayında Real-a transfer oluna bilərmiş.

Monaco "kral Klubu"dan Mbappe üçün gələn 180 milyon avroluq təklifi qəbul edib. İspaniya hökumətinin tətbiq etdiyi vergilərlə birlik transferin dəyəri 214 milyon avroya qalxıb. Son anda klublar arasında anlaşma pozulub.

Monaco-nun 34 milyon avroluq vergini ödəməkdən imtina etməsi səbəbdən də transfer baş tutmayıb.

Qeyd edək ki, PSG gənc futbolçunu ötən ilin yayında 45 milyon avroya icarəyə götürüb. Bu yay isə 135 milyon avro ödəyərək transfer hüququnu alıb.