Karxanalarda avadanlıqların çoxu təhlükəsizlik tələblərinə cavab vermir


Digərləri 08 Noy 2018 14:42:00 89 0

Karxanalarda avadanlıqların çoxu təhlükəsizlik tələblərinə cavab vermir

Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə noyabrın 8-də "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusuna həsr edilmiş dəyirmi masa keçirib. Tədbirdə iki qurumun nümayəndələri, Bakı şəhərindən və bölgələrdən olan daş karxanasının sahibləri, media nümayəndələri iştirak ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, komitədən verilən məlumata görə, dəyirmi masanın keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipi əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, müasir idarəetməyə əsasən texnoloji yeniliklərin tətbiqi, o cümlədən ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsidir. Eyni zamanda belə növ fəaliyyətlə məşğul olan sahibkarların maarifləndirilməsi, həm idaretmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması üçün iki qurum arasında birgə layihələrin icrası da əsas vəzifələrdəndir.

Tədbiri giriş nitqi ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müəssisələrin müasir korporativ idarəetmə mexanizmi əsasında fəaliyyət göstərməsi, o cümlədən torpaqların təyinatı üzrə səmərəli istifadə olunması istiqamətində müvafiq fərmanlar imzalayır, tapşrıqlar verir.

Komitə də verilən tapşırıqlara uyğun olaraq bu sahələrdə monitorinqlər həyata keçirir. Belə monitorinqlərdən biri daş karxanalarında aparılır. Həmin müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilir, onların fəaliyyətinin mövcud norma və standartlara uyğunluğu müəyyən olunur. Məlum olur ki, istifadə edilən avadanlıqların əksər hissəsi keçmiş sovetlər dövründə istismara verildiyindən, hazırda həmin qurğular müasir norma və qaydalara cavab vermir. Bu zaman karxana istifadəçilərinə yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri və bu istiqamətdə fəaliyyətlərində idarəetmə üsullarının təkmilləşdirməsi tövsiyə edilir. Həmin avadanlıqlar barədə, onların həm idarəetmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması haqqında məlumatlar verilir. Qeyd edilməlidir ki, istifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yerləşən daş karxanalarında monitorinqlər aparılıb.

Qanunauyğun şəkildə həmin sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər görülür. Nəzərə alsaq ki, belə karxanalar tikinti sahəsi üçün tələb edilən xammalın ödənilməsini təmin edir, bu onların yeni texnologiyalarla qurulmasını zəruri edir. Fəaliyyətin genişləndirilməsi isə yeni iş yerlərinin yaradılmasına, sahibkarların gəlirlilik potensialının artmasına, iqtisadi göstəricilərin müsbət olmasına imkan verəcək.

Aparılan monitorinqlərdə bəzi karxanaların təyinatına uyğun istifadə edilmədiyi də aşkarlanır. Kənd təsərrüfatı torpaqları belə fəaliyyət növünə cəlb edilir. Bu kimi karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, yararlılıq dərəcəsi azalır. Həmin torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir. Belə halların yaranmaması üçün nəzarət tədbirləri ilə yanaşı təbliğat işlərinin də mühüm əhəmiyyəti var.


Xəbərə aid fotolar

Qızı Amaliya Pənahovanın xərçəng olduğunun yayılmasını istəmirdi... like
  • 08 Noy 14:38  
Kriminal Qızı Amaliya Pənahovanın xərçəng olduğunun yayılmasını istəmirdi...

Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlar

arrow Ətraflı
Qəbul imtahanından 650 nəfər uğurla keçdi like
  • 08 Noy 14:34  
Digərləri Qəbul imtahanından 650 nəfər uğurla keçdi

Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan

arrow Ətraflı
Oktyabrda 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət olub like
  • 08 Noy 14:32  
Digərləri Oktyabrda 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət olub

Oktyabrda 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət olub

arrow Ətraflı
Hindusların Divalisi başlandı like
  • 08 Noy 14:30  
Digərləri Hindusların Divalisi başlandı

Hindistanda, Şri-Lankada, Nepalda və hindusların icma şəklində yaşadıqla

arrow Ətraflı
Azərbaycanda daş karxanalarında aparılan monitorinqlər zamanı mənfi hallar aşkarlanıb like
  • 08 Noy 14:27  
Digərləri Azərbaycanda daş karxanalarında aparılan monitorinqlər zamanı mənfi hallar aşkarlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazi

arrow Ətraflı
Novxanıdan taxta qayıqla dənizə çıxan like
  • 08 Noy 14:25  
Digərləri Novxanıdan taxta qayıqla dənizə çıxan

Novxanıdan taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə qarşısınd

arrow Ətraflı
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO) like
  • 08 Noy 14:22  
Digərləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixot

arrow Ətraflı
Bu itin dəyəri 375 milyon dollardır like
  • 08 Noy 14:20  
Digərləri Bu itin dəyəri 375 milyon dollardır

375 milyon dollar dəyəri olan köpək varmı? Sual qəribə təsir bağışlam

arrow Ətraflı
Millimizdən 7:1 hesablı qələbə like
  • 08 Noy 14:18  
İdman Millimizdən 7:1 hesablı qələbə

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçul

arrow Ətraflı
Sahibkarlar üçün sığorta faizi aşağı salına bilər like
  • 08 Noy 14:18  
Digərləri Sahibkarlar üçün sığorta faizi aşağı salına bilər

"Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq var və

arrow Ətraflı
Tramp və Putin Argentinada görüşəcək like
  • 08 Noy 14:16  
Digərləri Tramp və Putin Argentinada görüşəcək

ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüş

arrow Ətraflı
"Şaman" Amaliya Pənahovanın sonuncu obrazı oldu like
  • 08 Noy 14:14  
Kriminal "Şaman" Amaliya Pənahovanın sonuncu obrazı oldu

Ötən gün gecə saatlarında dünyasını dəyişən xalq artisti Amaliya Pən

arrow Ətraflı
İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən təyyarə eniş edib like
  • 08 Noy 14:12  
Digərləri İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən təyyarə eniş edib

İstanbulun yeni hava limanından Bakıya ilk reysini edən "Türk Hava Yolları

arrow Ətraflı