İdxal olunan kartofda zərərli orqanizmlər aşkar olundu


Digərləri 08 Noy 2018 14:50:00 344 0

İdxal olunan kartofda zərərli orqanizmlər aşkar olundu

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartofdan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib.

Son.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Trend-ə bildirib ki, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26042 kiloqram kartofun Gürcüstana qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.


Xəbərə aid fotolar