Qəbul imtahanından 650 nəfər uğurla keçdi


Digərləri 08 Noy 2018 14:34:00 259 0

Qəbul imtahanından 650 nəfər uğurla keçdi

Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, bu ilin oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olublar.

Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçib (48.8%).

Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib.