Oktyabrda 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət olub


Digərləri 08 Noy 2018 14:32:00 286 0

Oktyabrda 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət olub

Oktyabrda 195-2 Çağrı Mərkəzinə 1800-dən çox müraciət olub

Bakı. İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlər əsasən, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə qaydaları, sahibkarlıq fəaliyyəti və bu sahədə dövlət tənzimlənməsi məsələləri, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.