Elmira Axundova: "Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur"


Digərləri 08 Noy 2018 14:26:00 292 0

Elmira Axundova: "Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur"

"Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur: "Bu baxımdan, heç olmasa ailədə ikinci uşaq dünyaya gələndə onun üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olmalıdır".