İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 08 Noy 2018 14:22:00 220 0

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə əra­zisinə qanunsuz gəti­ril­məsinin qar­şı­sı­nın alınması istiqamətində tədbirlər davam etdirlir.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə əra­zisinə qanunsuz gəti­ril­məsinin qar­şı­sı­nın alınması istiqamətində tədbirlər davam etdirlir. DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublika­sından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.