Sənət dostları Amaliya Pənahova haqda: "Əfsanələr ölmür..."


Kriminal 08 Noy 2018 14:02:00 400 0

Sənət dostları Amaliya Pənahova haqda: "Əfsanələr ölmür..."

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova vəfat edib. 

Son.az axşam.az-a istinadən bildirir ki, xərçəngdən əziyyət çəkən aktrisanın ölümü onun yaxınları, sevənləri ilə yanaşı sənət dostlarını da kədərləndirib. Onlar sosial şəbəkədə paylaşımlar edərək, A.Pənahovanı xatırlayıblar:

Əməkdar artist Məlahət Abbasova: "Kaş biri çıxıb bu xəbərin yalan olduğunu söyləsəydi. Şokdayam... İnanılmaz üzgünəm. Azərbaycanın yeri doldurulmayacaq, çox dəyərli sənət insanı, teatr sənətinin əfsanəsi, bir çox tamaşalarda bərabər oynadığım, Azərbaycan səhnəsinin "Primadonna"sı Amaliya Pənahova, nur içində yatın. Haqqımı halal edirəm, əfsanələr ölmür. Siz həmişə qəlbimizdə yaşayacaqsınız".

Əməkdar artist Sənubər İsgəndərli: "Gözəl siması, istedadı ilə teatr tarixinə adını yazan sənətkar... Allah sizə rəhmət eləsin, Amaliya xanım".