BANMda “Mühəndislər üçün biznes təhsili”nə start verildi


Digərləri 08 Noy 2018 13:52:00 271 0

BANMda “Mühəndislər üçün biznes təhsili”nə start verildi

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə "Mühəndislər üçün biznes təhsili" layihəsinin açılış mərasimi keçirilib.

Son.az xəbər verir ki, açılış mərasimində BANM-ın rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda iştirak üçün xüsusi seçilmiş tələbələr iştirak ediblər.

Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.  Proqram mühəndislik üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur və tamamilə ingilis dilində həyata keçiriləcək. Layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq.

Açılış mərasimində çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu cür layihələr mühəndislik üzrə təhsil alan tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verəcək və yalnız proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək.


Xəbərə aid fotolar