Tahir Budaqov: "Yoxsulluq səviyyəsi daha da azalacaq"


Digərləri 08 Noy 2018 13:42:00 223 0

Tahir Budaqov: "Yoxsulluq səviyyəsi daha da azalacaq"

Azərbaycanda növbəti ildə yaşayış minimumunun 180 manat, ehtiyac meyarının isə 143 manat müəyyən edilməsi təklif olunur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təklifi Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən səsləndirib.

Onun sözlərinə görə, yaşayış minimumu ilə bağlı təklif reallığa adekvat olan rəqəmdir: "Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək".