Yeni iPhone XR Azərbaycanda yaxın günlərdə satışa çıxarılacaq


Digərləri 08 Noy 2018 13:30:00 287 0

Yeni iPhone XR Azərbaycanda yaxın günlərdə satışa çıxarılacaq

Mükəmməl alüminiumdan və şüşədən olan korpusda, altı rəngdən ibarət, iPhone XS-dakı unikal texnologiyaları özündə cəmləşdirən yeni iPhone XR Azərbaycanda yaxın günlərdə satışa çıxarılması gözlənilir.

Bakı. Mükəmməl alüminiumdan və şüşədən olan korpusda, altı rəngdən ibarət, iPhone XS-dakı unikal texnologiyaları özündə cəmləşdirən yeni iPhone XR Azərbaycanda yaxın günlərdə satışa çıxarılması gözlənilir. Noyabrın 9-dan başlayaraq, Azərbaycandakı müştərilər öncədən sifarişi rəsmləşdirə bilərlər. Yeni modelin rəsmi satışları isə noyabrın 16-sı, cümə gününə planlaşdırılır. Alma Store satış nöqtələrində yeni iPhone XR modellərini üç gün ərzində (noyabrın 16, 17, 18-i) BirKart-la 18 aya qədər faizsiz taksitlə əldə etmək mümkün olacaq. Xatırladaq ki, Alma Store Apple-ın Azərbaycandakı yerli və yeganə ekspertidir, buraya istənilən zaman yaxınlaşaraq, məhsullarla bağlı suallarınızı ünvanlaya və profesional səviyyədə məsləhət ala bilərsiniz. Alma Store Mac kompüterlərin, iPhone smartfonlarının, iPad planşetlərinin və iPod musiqi pleyerlərinin bütün çeşidini, bununla yanaşı, aksesuar və proqram təminatı seçiminidə təklif edir. Daha ətraflı məlumatı www.almastore.az saytından və ya satış nöqtələrindən ala bilərsiniz.