Milyonda bir olan hadisə:


Digərləri 08 Noy 2018 13:26:00 267 0

Milyonda bir olan hadisə:

50 yaşlı Treysi Britten dördəm dünyaya gətirib. Bununla da o, Britaniyanın ən yaşlı anası olub.

Son.az The Sun-a istinadən bildirir ki, ekstrakorporal mayalanma (İn Vitro Fertilisation, İVF) əməliyyatı nəticəsində hamilə qalmış Treysi 8 nəvənin nənəsidir. Əməliyyat Kiprdə gerçəkləşdirilmişdi və Treysiyə 7 min funt-sterlinqə başa gəlmişdi.

Onun dünyaya gətirdiyi dördəmlər hospitalın doğuş şöbəsinin intensiv terapiya bölməsindədir.

Hamiləliyin 31-ci həftəsində dünyaya gətirdiyi dördəmlərin üçü qız, biri oğlan olan Treysinin dediyinə görə, övladları ilə birlikdə Milad Bayramına qədər evdə olacağına ümid edir. O, əri Stivenlə körpələrə ad fikirləşir.


Xəbərə aid fotolar