Qazdan boğulma hallarına qarşı mübarizə başlanıldı "Azəriqaz"


Digərləri 08 Noy 2018 13:02:00 207 0

Qazdan boğulma hallarına qarşı mübarizə başlanıldı  "Azəriqaz"

"Azəriqaz" İstehsalat Birliyi dəm qazından boğulma hallarının qarşısını almaq üçün abonentlər arasında maarifləndirmə işlərinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, qurum əməkdaşları yeni qazlaşdırılan yaşayış məntəqələrində abonentlərlə yeni müqavilə bağlayarkən onlara həmçinin maarifləndirici bukletlər paylayır: "Həmçinin "Azəriqaz" digər qurumlarla birgə də tədbirlər keçirir, əhalinin sıx olduğu yerlərdə, meydanlarda xüsusi maarifləndirici proqramların asılmasına, elanların yazılmasına başlanılıb. Dəm qazından istifadə qaydalarına riayət etməmək bu cür bədbəxt hadisələrə səbəb olur".