"Yəməklərinizdən yedik, kabablarınızdan daddıq,


Şou-biznes 08 Noy 2018 13:06:00 213 0

"Yəməklərinizdən yedik, kabablarınızdan daddıq,

Ötən gün Bakıda Türkiyənin məşhur "Dünya Hali" filminin qala gecəsi baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, Nizami Kino Mərkəzində gerçəkləşən tədbirdə ekran işində rol alan aktyorlar və yaradıcı heyət də iştirak edib.

Onlar arasında filmin baş qəhrəmanları Murad Dalkılıç, Melis Sezen və Serenay Aktaş yer alıblar. Qırmızı xalçadan keçən məşhurlar media nümayəndələrinin suallarını cavablandırıblar.

Murad bir neşə dəfə Bakıya gəldiyini, amma hər dəfə onun marağını çəkən nələrsə tapdığını söyləyib:

"İlk olaraq hər bir kəsə təşəkkürümü çatdırıram. Bizi belə qarşıladınız. Bura gəldiyimiz andan çox gözəl dəqiqələr keçiririk. Hər zaman olduğu kimi qonaqpərvərliyinizə heyran qaldım. Yəməklərinizdən yedik, kabablarınızın dadına baxdıq".


Xəbərə aid fotolar