Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı


Digərləri 08 Noy 2018 13:01:00 198 0

Metroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı

Bakıda metroda qatarda problem yaranıb.

Bakı. Samir Əli - Bakıda metroda qatarda problem yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib: "Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".