Paytaxta girişinə qadağa qoyulan yük maşınları hansı yolla getməli?


Digərləri 08 Noy 2018 12:34:00 243 0

Paytaxta girişinə qadağa qoyulan yük maşınları hansı yolla getməli?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın  30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilir.

Son.az xəbər verir ki, əvvəlki dövrdə yük avtomobillərinin müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud olub, qadağa saatlarında onların şəhərin küçələrində hərəkəti müşahidə edilib.

Artıq Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir.  

Bakıda yük maşınlarına ciddi qadağa Belə ki, DİN-dən Son.az-a verilən məlumata görə, mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq.

Hesab edilir ki, bu yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq.  

Qeyd edək ki, noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilib:

1. Lökbatan dairəsi - Xocahəsən yolu-Sulutəpə qəsəbəsi - Binəqədi  yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) - Mehdiabad yolu  - Balaxanı yolu - Zabrat - Maştağa yolu - Albalılıq yolu - Mərdəkan yolu - Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni Günəşli - General Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan;