ÇL-da həftənin ən yaxşı qolu və futbolçusu adına namizədlər açıqlandı


İdman 08 Noy 2018 12:10:00 270 0

ÇL-da həftənin ən yaxşı qolu və futbolçusu adına namizədlər açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

Goal.az xəbər verir ki, IV turun matçlarından sonra ən yaxşı oyunçu adına serbiyalı Milan Pavkov (Crvena Zvezda), fransalı Kərim Benzema (Real Madrid), əlcəzairli Riyad Mahrez (Manchester City) və ingiltərəli Harri Keyn (Tottenham) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar portuqaliyalı Kriştianu Ronaldo (Juventus), Milan Pavkov (Crvena Zvezda), ingiltərəli Rahim Sterlinq (Manchester City) və brazilyalı Otavio Edmilsonun (Porto) qollarıdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.