Yağış gündüz saatlarında da davam edəcək


Digərləri 08 Noy 2018 11:46:00 200 0

Yağış gündüz saatlarında da davam edəcək

Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.