Dövlət qulluğuna qəbul imtahanından 650 nəfər uğurla keçib


Digərləri 08 Noy 2018 11:26:00 217 0

Dövlət qulluğuna qəbul imtahanından 650 nəfər uğurla keçib

Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlərin nəticələri haqqında növbəti statistik məlumatlar açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu ilin oktyabrın 28-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1456 namizəddən 1332 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırki DİM-in) keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olublar. Bu şəxslərdən 650 nəfər imtahandan uğurla keçib (48.8%). Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın (DİM-in) keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilib.