Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək


Digərləri 08 Noy 2018 10:58:46 192 0

Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

Bakı. İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan Mərkəzin rəhbəri Aleksander Husebye, məşhur “Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini vurğulayıb. Öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, qəbula görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur.