Kapital Bankın 3 yeni şöbəsi istifadəyə verildi


Digərləri 08 Noy 2018 10:26:00 372 0

Kapital Bankın 3 yeni şöbəsi istifadəyə verildi

Kapital Bank ötən həftə ərzində 3 yeni şöbəsini müştərilərin istifadəsinə verib. Bunlar Mingəçevir, Sumqayıt və Hava limanı şöbələridir. Şöbələrdə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar yaradılıb.

Şöbələrdə müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edilir.