Gömrük Hospitalının iranlı həkiminin cəzası azaldıldı


Digərləri 08 Noy 2018 10:14:00 260 0

Gömrük Hospitalının iranlı həkiminin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə dərman gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, iranlıların hər birinin cəzası 1 il 6 ay azaldılıb.