Pullu oğlanı atıb, kasıbı seçən qızın aqibəti


Digərləri 08 Noy 2018 09:54:00 246 0

Pullu oğlanı atıb, kasıbı seçən qızın aqibəti

Son.az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (3-cü say) təqdim edir:

Ötən gün Nizami Kino Mərkəzində "Dünya hali" filminin qala gecəsi keçirilib.

Filmin baş roluna çəkilən müğənni Murat Dalkılıç, Serenay Aktaş və Melis Sezen digər Bakıya gələn məşhurlardan fərqli olaraq tədbirə tam vaxtında gəldilər. Tamaşaçılar onları izdihamla qarşılasalar da, müğənninin adaşı Murat Bozda olduğu kimi qızların çığır-bağırını eşitmək olmurdu.

Məşhurlar tamaşaçılarla salamlaşdıqdan sonra mətbuat konfransında iştirak etdilər. Jurnalistlərin suallarını cavablandırarkən sadəlikləri və təvazökarlıqları ilə seçilən aktyor və aktrisalar dəfələrlə Bakını çox bəyəndiklərini söylədilər. Murat jurnalistlər üçün kiçik bir mahnı oxuduqdan sonra onlar tamaşaçılarla birlikdə film seyr etmək üçün zala keçdilər.

Filmin adı "uğursuz" seçilsə də, gözləntiləri yaxşı mənada alt-üst etdi. Tamaşaçıların filmi ayaq üstə, fit çalaraq alqışlaması bunu deməyə əsas verir.

Film boyunca zalı tərk edən yox idi. Başlıq hiss biraz sıxıcı olsa da, bir neçə dəqiqədən sonrakı səhnələr hadisələrin necə olacağına dair maraq oyadır.

Kino filofob (aşiq olmaqdan qorxan) birinin jurnalist qıza vurulmasından bəhs edir. Film boyunca eşqini etiraf etməyə çalışan oğlan sonda öz istəyinə çatır və qızla ailə qurur. O, buna cəmi 6 gündə nail olur.