Cennifer Lopes məşhur universitetdə işçi axtarır


Digərləri 08 Noy 2018 09:31:00 300 0

Cennifer Lopes məşhur universitetdə işçi axtarır

Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes qeyri-rəsmi nikahda olduğu Aleks Rodrigeslə birlikdə Stenford Universitetində olublar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 49 yaşlı Lopeslə 43 yaşlı Rodriges Kaliforniya ştatındakı Palo-Alto şəhərində yerləşən, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan universitetdə çəkilmiş fotolarını İnstagram profillərində paylaşıblar.

Cennifer Lopes səfərin məqsədini açıqlamasa da, Rodriges "işçi axtarırıq" yazıb.

Universitetdə olarkən Lopeslə Rodriges Stenford Ali Biznes Məktəbinə də baş çəkiblər.


Xəbərə aid fotolar