Qarabağ üçün son şans


İdman 08 Noy 2018 09:33:00 326 0

Qarabağ üçün son şans

Avropa Liqasında II dövrəyə start veriləcək.

Goal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” IV turda “Vorskla” ilə qarşılaşacaq.

Ukraynanın Poltava şəhərindəki görüş Qurban Qurbanovun yetirmələri üçün böyük önəm daşıyır. Çünki komandanın avrokuboklardakı taleyi bu matçdan asılıdır.

Ardıcıl üç məğlubiyyət alan “Qarabağ” 1/16 final şanslarını saxlamaq üçün mütləq qalib gəlməlidir.

Qrup mərhələsində qol vura bilməyən Ağdam klubu səfərdən məğlub dönsə, 1/16 final şansını rəsmən itirəcək. Heç-heçə də məğlubiyyətə bərabər sayılmalıdır.

Qeyd edək ki, “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan)

Poltava. Aleksey Butovski adına stadion. Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə)