Rafael Ağayev dünya çempionatına qələbə ilə başlayıb


Digərləri 08 Noy 2018 09:16:00 288 0

Rafael Ağayev dünya çempionatına qələbə ilə başlayıb

İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir.

Bakı. İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb.