Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi (FOTO)


Digərləri 08 Noy 2018 08:44:00 257 0

Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi (FOTO)

ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan və Amerikanın təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərinin "Downtown Boston Hilton" Hotelində Azərbaycan Respublikasının Bayraq Günü münasibətilə tədbir keçirilib

Bakı. ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan və Amerikanın təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərinin "Downtown Boston Hilton" Hotelində Azərbaycan Respublikasının Bayraq Günü münasibətilə tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Amerikanın Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, hazırki bayraq tədbirinin ADR-in 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti tədbir olduğunu qeyd edib, tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına təşəkkürünü bildirib. Müsəlman şərqində ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının mirası olan bayrağın 100 il öncə cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından bəhs edən səfir Süleymanov, Azərbaycanın müstəqillik qazanmasından sonra bir daha onun ölkəmizin rəmzinə çevrilməsini qeyd edib. Səfir çıxışında Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində Prezident İlham Əliyev tərəfindən atılan məqsədyönlü addımları xüsusi vurğulayıb. Hazırda Bostonda keçirilən ABŞ-Xəzər İnnovasiya Forumuna diqqət çəkən səfir bu forumun Prezident Əliyevin innovasiya siyasətinin uğuru olduğunu qeyd edib və bu günlərdə İnnovasiya Agentliyinin təsis edilməsinin onun innovasiya sahəsinin inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.