Misir məhkəməsi İŞİDin 40 üzvü barədə hökm çıxarıb


Dünya 08 Noy 2018 08:40:00 259 0

Misir məhkəməsi İŞİDin 40 üzvü barədə hökm çıxarıb

Misir Hərbi Məhkəməsi İŞİD-in 8 üzvü barəsində qiyabi ölüm hökmü çıxarıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, onlar hərbçilərə hücum etməkdə ittiham edilirlər. Daha 32 nəfər isə azadlıqdan ömürlük məhrum edilib. Onların hamısı da həmçinin İŞİD terror qruplaşmasının üzvü olmaqda və təhlükəsizlik qüvvələrinə hücum planlaşdırmaqda ittiham olunurlar.