Venesuela OPEKə öz kriptovalyutasını təqdim edəcək


Digərləri 08 Noy 2018 08:28:00 225 0

Venesuela OPEKə öz kriptovalyutasını təqdim edəcək

Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo bildirib.

M.Kevedo deyib: "Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq".