Parker Solar Probe zondu Günəşə rekord məsafədə yaxınlaşıb


Digərləri 08 Noy 2018 08:15:00 252 0

Parker Solar Probe zondu Günəşə rekord məsafədə yaxınlaşıb

ABŞ Kosmik Agentliyinin (NASA) Günəşin kənar haləsinin öyrənilməsi üçün nəzərdə tutulan "Parker Solar Probe" kosmik zondu bazar ertəsi ilk dəfə Günəşə yaxınlaşıb. Bu barədə agentliyin məlumatında deyilir. "ICTnews" Elektron Xəbər Xidməti "Hightech" resursuna istinadən yazır ki, məlumata görə, aparat saatda 343 min km sürətlə hərəkət edir. Maksimal yaxınlaşma nöqtəsində zond Selsi üzrə təxminən 19,9 milyon dərəcə təşkil edən temperatura dözüb.  

Bildirilir ki, bir müddət əvvəl - oktyabrın 29-da "Parker Solar Probe" indiyədək yaradılan aparatlar arasında Günəşə ən çox yaxınlaşmaqla Almaniya və ABŞ-a məxsus "Hellios 2" zondunun 26 milyon mil (41,8 milyon km) rekordunu üstələyib.

Avqustun 12-də buraxılan "Parker Solar Probe" kosmik zondu 1958-ci ildə Günəş küləyinin mövcudluğunu sübut edən astrofizik Yucin Parkerin şərəfinə adlandırılıb.

Bildirilir ki, hazırda Çikaqo Universitetində çalışan məşhur alim "Parker Solar Probe" missiyası layihəsinin iştirakçısıdır. Tədqiqatçı layihədə Günəşə məlumat göndərməklə məşğuldur. Bu, alim tərəfindən yaradılacaq üstü yazılı "boşqab" olacaq. Bundan başqa, zondda astrofizikin fotoşəkilinin əks olunduğu çip saxlanılacaq.