Apple AirPods 2 barəsində yeni məlumatlar


Digərləri 08 Noy 2018 08:01:00 250 0

Apple AirPods 2 barəsində yeni məlumatlar

Oktyabr ayının sonunda Apple şirkəti tərəfindən keçirilmiş tədimatda hamı səbrsizliklə Apple AirPods 2 naqilsiz qulaqlıqlarını və AirPower naqilsiz şarj stansiyasının təqdimatını gözləyirdi. Lakin şirkət sözügedən məhsulları təqdim etmədi. Qeyd etmək lazımdır ki, birinci AirPods modeli ilə AirPower naqilsiz şarj stansiyası hələ 2017-ci ildə iPhone X ilə birlikdə anons edilmişdilər. Nəticədə AirPods qulaqlıqları işıq üzü gördü, lakin AirPower şarj stansiyası hələ də satışa çıxmayıb

Son.az technote.az-a istinadən bildirir ki, internetdə AirPods 2 naqilsiz qulaqlığı barəsində məlumatlar ortaya çıxıb. Belə ki, MySmartPrice saytının verdiyi məlumata əsasən AirPods 2 qulaqlığı mütləq şəkildə Bluetooth SIG sertifikatını əldə edib. Sertifikatda yenilənmiş qulaqlıq barəsində bəzi məlumatlar aşkar edilib. İnternetdə ortaya çıxmış siyahıda iki model nömrəsi əks olunub: A2031 və A2032. Həmin modellərin təsvirlərində qeyd olunub ki, cihazlar Bluetooth 5.0 protokoluna sahib olacaqlar. Bu o demək deyil ki, AirPods 2 qulaqlıqları yaxın zamanda satışa çıxacaqlar. Lakin artıq indidən məlumdur ki, Apple şirkəti keçən il təqdim etmiş olduğu naqilsiz qulaqlıqların təkmilləşdirilməsi üzərində çalışır.