Rusiyada 40dan çox uşağın qatili ölüb FOTO


Dünya 08 Noy 2018 08:10:00 292 0

Rusiyada 40dan çox uşağın qatili ölüb  FOTO

Rusiyada 40-dan çox uşağı öldürmüş ukraynalı manyak, silsilə qətllər törətmiş Sergey Tkaç 66 yaşında ölüb.

Son.az "Report"a istinadən bildirir ki, o, Jitomir həbsxanasında ürək çatışmazlığından vəfat edib. Əslən Kemerovo vilayətindən olan Tkaç öz cinayətlərini Krım, Zaporojye, Xarkov və Dneprpetrovsk vilayətlərində həyata keçirib.

Təhqiqatçıların və kriminalistlərin sözlərinə görə, o, 1984-2005-ci illərdə 55 dəfə xüsusi amansızlıqla cinayətlər törədib. Bunlar qətllər, öldürmək üçün adam oğurluğu, zorakılıq və bu məqsədlə insan oğurluğudur. O, bu əməllərinə görə azadlıqdan ömürlük məhrum edilib.


Xəbərə aid fotolar