Uşağa yalan vəd vermək və uşağı aldatmaq olarmı?


Digərləri 08 Noy 2018 07:22:00 267 0

Uşağa yalan vəd vermək və uşağı aldatmaq olarmı?

Dinimizə görə yalan danışmaq günah sayılır. Nə böyük adama, nə də uşağa yalan demək olmaz. Yalnız iki küsülü möminin arasını düzəltmək, ərlə arvadı barışdırmaq üçün və müharibə zamanı həqiqətdən uzaq sözlər danışmağa icazə verilir. Əhdə vəfa etməyin şərtləri isə bundan da ağırdır. Heç bir halda əhdi pozmaq, verdiyi sözə xilaf çıxmaq olmaz. Hədislərdə uşağa hədiyyə almaq barədə vəd verib, sonra bunu danmaq şiddətli məzəmmət olunub. Hətta Peyğəmbərimiz öz uşağını evə çağırıb: "Evə gəl, gör sənə nə verəcəyəm" - deyən anaya xatırlatmışdı ki, əgər uşaq evə gələndə ona heç nə verməsəydi, buna görə cəhənnəmə düşə bilərdi. Uşağa yalan danışmaq əvvəla, onun körpə qəlbindəki inam və etimadı azaldar, ikincisi də, uşaqda yalançılıq adətinin yaranmasına səbəb olar.