Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb


Digərləri 08 Noy 2018 07:07:00 227 0

Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

Yevlaxda sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Əmiraslanovu naməlum avtomobil vurub. Qəzanı törədən avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. N.Əmiraslanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.