Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib
Digərləri 08 Noy 2018 02:43:00 281 0
Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yeni nəsil dəvət edir” adlı layihə davam edir.
Bakı.
Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yeni nəsil dəvət edir” adlı layihə davam edir.
Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, mərkəzdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Estrada sənəti” və “Muğam sənəti” kafedralarının tələbələrinin “Yada düşər xatirələr” adlı konserti keçirilib.
Azərbaycan bəstəkarlarının mahnı və romaslarından ibarət konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində həyata keçirilib.
Konsertdə tələbələrin ifasında E.İbrahimovanın “Daha məndə dözüm yox”, “Ey vətən”, A.Səmədzadənin “Bu dünyanı nağıl bilək”, E.Sabitoğlunun “Neyləyim”, ”Sən mənim deyilsən”, T.Quliyevin “Yol ayrıcında”, ”Ey sevincim Bakı”, “Kimsən sən”, X.Mirzəzadənin “Yadındamı”,“Sırqamın qaşı”, Ə.Abbasovun “Heyran olmuşam”, İ.Babayevanın “O gözlər”, S.Əliyevanın “Qayıt əzizim”,V.Adıgözəlovun “Qərənfil”, ”Şuşam lay-lay”, P.Bülbüloğlunun “Gəl ey səhər” mahnıları səslənib.
Mənbə: az.trend.az